...

İranın müdafiə naziri ABŞ-ı regionda müharibə atmosferi yaratmaqda ittiham edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2009 13:59 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Robert Geytsin çıxışı xoşniyyətli deyil və belə nəzərə çarpır ki, ABŞ İran və İraq arasında, həmçinin İraq və regionun digər ölkələri arasında gərginlik yaratmaq istəyir. Bu barədə İranın müdafiə naziri Əhməd Vəhidi bildirib.
İranın müdafiə naziri ABŞ-ı regionda müharibə atmosferi yaratmaqda ittiham edib

ABŞ-ın müdafiə naziri Robert Geytsin çıxışı xoşniyyətli deyil və belə nəzərə çarpır ki, ABŞ İran və İraq arasında, həmçinin İraq və regionun digər ölkələri arasında gərginlik yaratmaq istəyir. Geytsin bu çıxışı ABŞ-ın İraqın qonşularını onların bu ölkədəki problemin həllinə yardım göstərməsinə dəvət etməsi ilə ziddir. Bu barədə İranın müdafiə naziri Əhməd Vəhidi bildirib. Məlumatı İranın IRNA agentliyi yayıb.

"ABŞ İranın nüvə proqramı ilə bağlı yalan məlumatlara əsaslanaraq əvvəlcədən düzgün mövqe tutmadı və səhv strategiya yürütdü. Bu səhv strategiyanı isə region ölkələrinə və İranın qonşularına aşılamaq istəyir", - deyə Vəhidi bildirib.

Birləşmiş Ştatların müdafiə naziri Geyts "Əl-Cəzirə" kanalına müsahibəsində ərəb ölkələrini öz hərbi güclərini artırmağa və ABŞ-la müdafiə sahəsində geniş əməkdaşlıq etməyə çağırıb. Geyts ərəb ölkələrinə bu məsələdən İranı nüvə proqramından əl çəkməyə məcbur etmək üçün təzyiq vasitəsi kimi istifadə etməyi məsləhət görüb.

Vəhidi əlavə edib ki, ABŞ İran vasitəsindən istifadə etməklə region ölkələrinin hərbi gücünün ixtiyarını öz əlinə alıb və region ölkələrinin sərvətlərini talayır. "ABŞ rəsmilərinə məsləhət görürük ki, regionda müharibə atmosferi yaratmasınlar və öz səhv strategiyalarını dəyişərək keçmiş səhvlərini düzəltsinlər", - deyə Vəhidi bildirib.

O əlavə edib ki, İranı "qorxutmaq layihəsi" çox qədim bir layihədir. "İranın ərəb ölkələri və qonşu ölkələrlə, xüsusilə də İraqla çox yaxşı münasibətləri var. İran inanır ki, regionun İslam ölkələrinin birləşməsi müsəlman dünyasında olan problemlərin bir çoxunu həll etmək mümkündür", - deyə Vəhidi bildirib.

Xəbər lenti

Xəbər lenti