...

İranın düşmənləri açıq şəkildə ölkə daxilində gərginlik yaradır - Xamneyi

Dünya xəbərləri Materials 24 Sentyabr 2009 17:58 (UTC +04:00)
İranın ali rəhbəri ayətullah Əli Xamneyi cümə axşamı ölkənin Ali Dini İcmasının (Xobreqan) üzvləri ilə görüşüb.
İranın düşmənləri açıq şəkildə ölkə daxilində gərginlik yaradır - Xamneyi

İranın ali rəhbəri ayətullah Əli Xamneyi cümə axşamı ölkənin Ali Dini İcmasının (Xobreqan) üzvləri ilə görüşüb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Siyasi hərəkatlar ehtiyatlı və ayıq olmalıdır. Düşmən açıq şəkildə ölkə daxilində gərginlik yaradır. Bu aşkar müdaxiləni necə görməmək olar", - deyə ayətullah Xamneyi bildirib.

İranın ali rəhbəri İran xalqını, xüsusilə də hökumətə yaxın şəxsləri və siyasi hərəkatları ehtiyatlı olmağa çağırıb. "Siyasi hərəkat rəhbərləri və hökumətə yaxın şəxslər, onların danışıqları və çıxışları düşmənlərə xidmət etməsin deyə, öz çıxışlarına və danışıqlarına diqqət etməlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti