...

Ermənistan Prezidentinin Türkiyəyə gələcəyinə ümid edirəm - Abdullah Gül

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 17:04 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri öncəsi keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan futbol matçına gələcəyinə ümid etdiyini bildirib.
Ermənistan Prezidentinin Türkiyəyə gələcəyinə ümid edirəm - Abdullah Gül

Türkiyə Prezidenti Abdullah Gül Fransaya səfəri öncəsi keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan futbol matçına gələcəyinə ümid etdiyini bildirib. Bu barədə Türkiyənin CNN Türk telakanalı məlumat verib.

"Ümid edirəm ki, Ermənistan Prezidenti Türkiyə-Ermənistan matçını izləmək üçün Türkiyəyə gələcək", - Gül deyib. Türkiyə Prezidenti qeyd edib ki, Ermənistana getdiyi zaman Ermənistan hökuməti qarşısında heç bir şərt irəli sürməyib.

"Ermənistana getdiyim zaman heç bir şərt irəli sürmədim. Ermənistan Prezidenti Yerevana səfərim zamanı məni necə qarşıladısa, biz də onu Türkiyədə o cür qarşılamağa hazırıq", - deyə Gül bildirib.

Xəbər lenti

Xəbər lenti