...

Türkiyə - Ermənistan yaxınlaşması Abdullah Gülün cəsarətidir - Fransa prezidenti

Dünya xəbərləri Materials 10 Oktyabr 2009 12:23 (UTC +04:00)
Fransa prezidenti Nikola Sarkozi türkiyəli həmkarı Abdullah Gülün Parisə səfəri zamanı keçirdiyi görüşdə Türkiyə - Ermənistan yaxınlaşmasının Abdullah Gülün cəsarətindən irəli gəldiyini bildirib
Türkiyə - Ermənistan yaxınlaşması  Abdullah Gülün cəsarətidir - Fransa  prezidenti

Fransa prezidenti Nikola Sarkozi türkiyəli həmkarı Abdullah Gülün Parisə səfəri zamanı keçirdiyi görüşdə Türkiyə - Ermənistan yaxınlaşmasının Abdullah Gülün cəsarətindən irəli gəldiyini bildirib. Bu haqda Türkiyənin SABAH qəzeti məlumat verib.

"Türkiyə - Ermənistan yaxınlaşması Abdullah Gülün cəsarətidir" -deyə Fransa prezidenti bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Türkliyə ilə Ermənistan arasında protokol bu gün, oktyabrın 10 da İsveçrənin Surix şəhərində imzalanacaq.

Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan oktyabrın 10 - da Türkiyə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti