...

Qazaxıstan Ermənistan-Türkiyə protokolunun imzalanmasını alqışlayır

Dünya xəbərləri Materials 12 Oktyabr 2009 16:43 (UTC +04:00)
Qazaxıstan oktyabrın 10-da Sürixdə "Ermənistan və Türkiyə Respublikaları arasında diplomatik əlaqələrin qurulmasına dair protokol"un imzalanmasını alqışlayır.
Qazaxıstan Ermənistan-Türkiyə protokolunun imzalanmasını alqışlayır

Qazaxıstan, Astana, 12 oktyab / Trend müxbir K.Konırova/

Qazaxıstan oktyabrın 10-da Sürixdə "Ermənistan və Türkiyə Respublikaları arasında diplomatik əlaqələrin qurulmasına dair protokol"un imzalanmasını alqışlayır.

Qazaxıstan XİN "Ermənistan və Türkiyə Respublikaları arasında diplomatik əlaqələrin qurulmasına dair protokol" və "Ermənistan və Türkiyə Respublikaları arasında ikitərəfli əlaqələrin inkişafına dair protokol"un imzalanmasını alqışlayır, bu gün Astanada təşkil edilən brifinqdə QR XİN rəsmi nümayəndəsi Yerjan Aşikbayev deyib.

"Biz bu hadisəni Cənubi Qafqazda stabilliyin, əmin-amanlığın və sülhün bərqərar edilməsi yolunda irəliləyiş kimi nəzərdən keçiririk. Qazaxıstan Türkiyə və Ermənistan hökumətlərinin siyasi cəsarətini dəstəkləyir", - Aşikbayev qeyd edib.

Aşikbayev deyib ki, Qazaxıstan beynəlxalq vasitəçilərin, hər şeydən əvvəl ATƏT-in Minsk Qrupunun, Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin fəaliyyətini yüksək qiymətləndirir. Onların sayəsində Türkiyə və Ermənistan arasındakı barışıq prosesi yeni nəfəs qazanıb.

"ATƏT-in gələcək sədri kimi Qazaxıstan əldə edlən razılaşmaların inkişafı və möhkəmləndirilməsinə hər cəhətdən kömək edəcək", - QR XİN-in nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti