...

İran Parlamentinin sədri Cenevrəyə səfər edəcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2009 16:42 (UTC +04:00)
İran Parlamentinin sədri Əli Laricani oktyabrın 16-da Cenevrəyə səfər edəcək.
İran Parlamentinin sədri Cenevrəyə səfər edəcək

İran Parlamentinin sədri Əli Laricani oktyabrın 16-da Cenevrəyə səfər edəcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Laricani Parlamentlərarası Birliyin (Inter-Parliamentary Union (IPU)) assambleyasının 121-ci iclasında iştirak etmək üçün Cenevrəyə səfər edir. Laricani Parlamentlərarsı Birliyin iclasında iştirak etməklə yanaşı, bir neçə ölkənin parlament sədrləri ilə təkbətək görüşlər də keçirəcək.

Parlamentlərarası Birliyə 153 ölkə üzvdir. Birlik müxtəlif məsələləri araşdırmaq məqsədi ilə ildə iki iclas keçirir. Parlamentlərarası Birliyin assambleyasının 121-ci iclası oktyabr ayının 17-dan 19-dək Cenevrədə keçiriləcək. Səfərdə İran Parlamentinin 7 nümayəndəsi Laricanini müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti