...

Türkiyə müxalifəti etiraz əlaməti olaraq parlamenti tərk etdi

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 17:58 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ömər Çelikin çıxışı zamanı müxalifətdən olan deputatlar etiraz əlaməti olaraq parlamenti tərk ediblər. Məlumatı TRT 3 telekanalı yayıb.
Türkiyə müxalifəti etiraz əlaməti olaraq parlamenti tərk etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Ömər Çelikin çıxışı zamanı müxalifətdən olan deputatlar etiraz əlaməti olaraq parlamenti tərk ediblər. Məlumatı TRT 3 telekanalı yayıb.

Çərşənbə günü Türkiyə Parlamentində Türkiyə-Ermənistan protokolları müzakirə olunmağa başlayıb.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Xəbər lenti

Xəbər lenti