...

İrandan 1200 kq uran tələbi. Hansı əsasla? – Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 27 Oktyabr 2009 09:04 (UTC +04:00)
Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmini üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran versin və 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın. Nə üçün 1200 kq?
İrandan 1200 kq uran tələbi. Hansı əsasla? – Trend News-un icmalçısı

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmini üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran versin və 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın. Nə üçün 1200 kq?

Oktyabrın 1-də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyaya ("5+1" ölkələri) İranın müzakirə heyətinin verdiyi təşəbbüs "bütün tərəflərin dodağında İranın nüvə proqramının həlli ilə bağlı təbəssüm yaratsa da", getdikcə İranın verdiyi vədlərdən "haqlı olaraq" geri çəkilməsi ümidləri puça çıxarmaqdadır.

Sentyabrın sonunda İran Prezidenti BMT Baş Assembleyasının 64-cü iclasında iştirakı zamanı İranın "Tehran" nüvə laboratoriyasının yanacağının təmini üçün uran mübadiləsinə, yəni 3,5 faizlik uran verib, 20 faizlik zənginləşdirilimiş uran təhvil almağa hazır olduğunu bildirmişdi.

Oktyabrın 1-də İranın Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə "5+1" ölkələri arasındakı iclasda da, Cəlili Əhmədinejadın dediyi təklifi irəli sürüb. Qərb mediaları Cəlilinin bu iclasda İranın 1200 kq uran (3,5 faiz) verib, Qərbdən 20 faizlik zənginləşdirilmiş uran təhvil alması ilə bağlı vədini geniş yaysalar da, iki məsələ qaranlıq qalıb.

Birincisi, İran beynəlxalq sansiyalar, hərbi təhdidlər və BMT TŞ-nin 5 qətnaməsinə baxmayaraq, 5 il müddətində istehsal etdiyi 1600 kq uranın 75 faizini nə üçün belə asanlıqla Qərbə verməlidir?

İkinci məsələ isə budur ki, "Tehran" laboratoriyası 60-cı illərdə istismara verilib və hazırda bu nüvə laboratoriyasının səmərəli vaxtı keçib. 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faizlik uran alaraq, indiyədək bu laboratoriyanın yanacağını təmin edib. Beləliklə, səmərəli "ömrü bitmiş" bir obyektin yanacağı üçün Qərblə müzakirə aparmaq və ən əsası, 1200 kq 3,5 faizlik zənginləşdirilmiş urandan 250 kq 20 faizlik uran istehsal oluna bilərsə, bu həcmdə uran İranın nəyinə gərəkdir?

Tehranın bu laboratoriya reaktoru 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. 150-300 kq 19,75 faiz zənginləşdirilmiş uran bu reaktorun yanacağını (daimi işləmək şərti ilə) ən azı 20 il müddətində təmin edə bilər, lakin nəzərə alaq ki, "Tehran" laboratoriyası daimi işləmir.

Çox guman ki, BMT Baş Assambleyasının iclası keçirilən zaman Qum şəhərində daha bir uranın zənginləşdirilməsi mərkəzinin (Fordo) aşkar edilməsi İranı çətin vəziyyətə salıb və 1600 kq uran ehtiyatını 90 faiz zənginləşdirmək şərti ilə 2-3 nüvə bombası istehsal etmək iqtidarında olan İran bununla bağlı yaranmış qalmaqalları ört-basdır etmək məqsədilə tələsik və Qərb üçün gözlənilməz olan bir təşəbbüslə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti