...

İsrail və Türkiyə əlaqələrinin nə dərəcədə mühüm olduğu hamıya məlumdur - Türkiyənin Təl-Əvivdəki yeni səfiri

Dünya xəbərləri Materials 29 Oktyabr 2009 19:34 (UTC +04:00)
İsrailin Bar-İlan Universitetindəki düşüncə mərkəzində çıxış edən Türkiyənin İsraildəki yeni səfiri Əhməd Oğuz Çelikkol deyib ki, İsrail və Türkiyə əlaqələrinin nə dərəcədə mühüm olduğu hamıya məlumdur.
İsrail və Türkiyə əlaqələrinin nə dərəcədə mühüm olduğu hamıya məlumdur - Türkiyənin Təl-Əvivdəki yeni səfiri

İsrailin Bar-İlan Universitetindəki düşüncə mərkəzində çıxış edən Türkiyənin İsraildəki yeni səfiri Əhməd Oğuz Çelikkol deyib ki, İsrail və Türkiyə əlaqələrinin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Məlumatı "Ynet" portalı məlumat yayıb.

"İsrail və Türkiyə əlaqələrinin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Lakin Türkiyənin regionda və dünyadakı rolunu anlamaq lazımdır", - o deyib.

Çelikkol Təl-Əvivə iki strateji tərəfdaş -Türkiyə və İsrail arasındakı əlaqələrin gərginləşməsi fonunda gəlib.

Gərginliyin əsas səbəbi BBC ilə birgə təlimin aparılmasına Ankaranın imtina etməsi və Türkiyə kanalında İsrail əsgərlərinin fələstinli uşaqları kütləvi öldürməsi ilə bağlı filmin nümayiş etdirilməsi olub.

Türkiyənin İsraildəki səfiri deyib ki, tərəflər Türkiyəyə müraciət edərlərsə, Ankara İsrail və Suriya arasında vasitəçilik etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti