...

İraqda təhlüksizlik problemi qeyd olunan dərəcədə ciddi deyil - İraq Prezidenti

Dünya xəbərləri Materials 20 Noyabr 2009 13:56 (UTC +04:00)
İraqda terrorçu qruplaşmalarıın fəaliyyəti ötən illərlə müqayisədə zəifləyib və hökümət ölkəyə investisiya qoymaq istəyən xarici şirkətlərin təhlükəsizliyini təmin edə bilər. Bu barədə Fransada rəsmi səfərdə olan İraq Prezidenti Cəlal Təlabanı "Fransa 24" telekanalına müsahibəsində deyib.
İraqda təhlüksizlik problemi qeyd olunan dərəcədə ciddi deyil - İraq Prezidenti

İraqda terrorçu qruplaşmalarıın fəaliyyəti ötən illərlə müqayisədə zəifləyib və hökümət ölkəyə investisiya qoymaq istəyən xarici şirkətlərin təhlükəsizliyini təmin edə bilər. Bu barədə Fransada rəsmi səfərdə olan İraq Prezidenti Cəlal Təlabanı "Fransa 24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə təhlükəsizlik şəraiti yaxşılaşıb və kütləvi informasiya vasitələrində təsvir edildiyi dərəcədə pis deyil.

"Bizim İraq Kürdüstanı (İraq kürdlərinin kompakt yaşadığı ərazilər), Cənubi Bəsrə, Nəcəf, Kərbəla şəhərləri kimi, tam təhlükəsiz rayonlarımız var", - Təlabani deyib. "Biz İraqda işləmək istəyən bütün biznes şirkətlərinin tam təhlükəsizliyinə zəmanət verə bilərik", - o əlavə edib.

Yanvar seçkiləri ərəfəsində İraqda stabillik əsas məsələlərdən biri olaraq qalır. Avqustun sonunda və oktyabrda Bağdadda törədilən iki böyük terror aktı 2011-ci ilin sonunda kontingentin ölkədən çıxarılmasını planlaşdıran ABŞ-ın narahatlığına səbəb olub.

Vaşınqton 2010-cu ilin yanvarında keçiriləcək seçkilər ərəfəsində terrorçuların yenidən aktivləşməsindən ehtiyat edir.

Xəbər lenti

Xəbər lenti