...

İsrail Türkiyə ilə əlaqələri yüksək səviyyəyə çatdırmaq istəyir – sənaye, ticarət və əmək naziri

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:11 (UTC +04:00)

İsrail Türkiyə ilə əlaqələri yüksək səviyyəyə çatdırmaq istəyir, İsrailin sənaye, ticarət və əmək naziri Ben-Elizer Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə bazar ertəsi Ankaradakı görüşü zamanı deyib, Türkiyənin dövlət kanalı TRT-nin Rusiya xidməti xəbər verir.

Esenboğa hava limanında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı, Yaxın Şərqdə sülh prosesi və gələcək prespektivlər müzakirə olunub.

Davudoğlu söhbət zamanı qeyd edib ki, Qəzza sektorunda humanitar faciə davam edir və Türkiyə bu vəziyyətin yaxşılaşacağını gözləyir.

Davudoğlu qeyd edib ki, regionda sülhün və stabilliyin bərpa olunması üçün Fələstin və İsrail, həmçinin İsrail və Suriya arasındakı danışıqlara yenidən təkan verilməlidir.

İsrail naziri Ben-Elizer öz növbəsində qeyd edbi ki, Türkiyə özünün regiondakı strateji çəkisi və mövqeyi sayəsində Yaxın Şərqdəki sülh prosesinə əhəmiyyətli töhfə verə bilər.

Xəbər lenti

Xəbər lenti