...

İran Parlamentindən Qərbə xəbərdarlıq

Dünya xəbərləri Materials 30 Noyabr 2009 12:19 (UTC +04:00)
İran Parlamentinin sədri Əli Laricani noyabrın 30-da Tehranda keçirdiyi mətbuat konfransında MAQATE-nin Hakimlər Şurasının sonuncu qətnaməsini tənqid edərək bildirib ki, əgər Qərb ölkələri öz hərəkətlərini islah etməzlərsə İran nüvə texnologiyasını qorumaq üçün daxili potensialından istifadə edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Cənab Əl-Bəradei və başqaları öz çıxışlarında zəmanət verdiklərini bildiriblər. Lakin indiyədək hansı vədinizə əməl etmisiniz ki, buna da əməl edəsiniz", - Laricani deyib.

Laricani İranın NPT müqaviləsinə üzv olduğunu bildirərək deyib ki, NPT müqaviləsinə əsasən, MAQATE üzv ölkələri dəstəkləməli və həmin ölkələrdəki reaktorları yanacaqla təmin etməlidir. "Bəs indiyədək MAQATE İrana bir qram yanacaq veribmi?", - o sual edib.

"Qərb ölkələri göstərdilər ki, məcara axtarışındadırlar və belə güman edirlər ki, təzyiq göstərsələr, İran öz nüvə proqramından əl çəkəcək. Lakin bizim fikrimizcə, onlar diplomatik yol seçsəydilər, məsələ daha rahat həll oluna bilərdi", - Laricani deyib.

"Əslində, Qərb ölkələri İranın sülhyönlü nüvə fəaliyyətinə malim olmasını istəmirlər, lakin rəsmi şəkildə bunu açıqlamağa cəsarətləri yoxdur", - Laricani bildirib.

Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvi və Almaniya tərəfindən (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olundu və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti