...

Ermənistan Prezidentinin tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə düzəlişlər hazırlanır

Dünya xəbərləri Materials 15 Dekabr 2009 18:03 (UTC +04:00)
Ermənistan Prezidentinin tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər hazırlanır. Bu barədə hüquq elmləri namizədi, konstision hüquqlar üzrə mütəxəssis Qrayr Tovmasyan bildirib. Onun sözlərinə görə, bu cür prosedur bir çox ölkələrdə qəbul edilib və bu, hər hansı bir beynəlxalq sənədin ratifikasiyasından imtina etməkdən daha aqressiv addımdır. Məlumatı "Mediamaks" yazır.
Ermənistan Prezidentinin tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə düzəlişlər hazırlanır

Ermənistan Prezidentinin tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər hazırlanır. Bu barədə hüquq elmləri namizədi, konstision hüquqlar üzrə mütəxəssis Qrayr Tovmasyan bildirib. Onun sözlərinə görə, bu cür prosedur bir çox ölkələrdə qəbul edilib və bu, hər hansı bir beynəlxalq sənədin ratifikasiyasından imtina etməkdən daha aqressiv addımdır. Məlumatı "Mediamaks" yazır.

Tovmasyan bildirib ki, Ermənistanın da iştirakçısı olduğu beynəlxalq müqavilələr barədə Vyana Konvensiyasına əsasən ikitərəfli sənədlərin tərkibinə, xüsusilə də Sürixdə imzalanan Ermənistan-Türkiyə protokollarına düzəliş edilməsi mümkün deyil. Bununla yanaşı, o qeyd edib ki, Türkiyə bu konvensiyaya daxil deyil.

"Protokolların və Konstitusiyanın qarşılaşdırılması zamanı hər hansı bir ziddiyyət yoxdur. Beləliklə də yəqin ki, Ermənistanın Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində müsbət qərar verəcək", - Tovmasyan deyib.

Xəbər lenti

Xəbər lenti