...

İran Əfqanıstanla bağlı Londonda keçiriləcək iclasda iştirak etməsi üçün şərt irəli sürüb

Dünya xəbərləri Materials 5 Yanvar 2010 14:13 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, əgər Əfqanıstanla bağlı Londonda keçiriləcək iclasın işinin və İranın bu iclasda rolunun nə olacağı aydın olarsa, İran bu iclasda iştirak məsələsini gündəmdə saxlayacaq.
İran Əfqanıstanla bağlı Londonda keçiriləcək iclasda iştirak etməsi üçün şərt irəli sürüb

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, əgər Əfqanıstanla bağlı Londonda keçiriləcək iclasın işinin və İranın bu iclasda rolunun nə olacağı aydın olarsa, İran bu iclasda iştirak məsələsini gündəmdə saxlayacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Mehmanpərəst Tehran reaktorunu lazım olan uranla təmin etmək üçün Qərb ölkələri tərəfindən verilmiş möhlət haqqında verilən sualın cavabında deyib ki, İran öz sülhyönlü nüvə proqramını təbii şəkildə davam etdirir və heç bir şey bunun qarşısını ala bilməz.

"Əgər Tehran reaktorunun yanacaqla təmin olunması barədə razılaşma əldə edilərsə, biz alqışlayacağıq, lakin razılaşma əldə olunmazsa, biz 20 faizlik uranı zənginləşdirmək üçün fəaliyyətimizi davam etdirəcəyik", - o deyib.

Mehmanpərəst Böyük Britaniya ilə əlaqələrin zəifləməsi məsələsinə münasibət bildirərək deyib ki, parlamentdə Böyük Britaniya ilə əlaqələrin zəiflədilməsi barədə layihə təsdiqlənib, lakin iki ölkə arasında əlaqələrin azaldılması ya artırılması üçün uzun proses keçmək lazımdır. "Bu məsələlər hərtərəfli şəkildə araşdırılmalıdır. Əcnəbi ölkələrin hərəkətlərini diqqətlə izləyirik, lakin Böyük Britaniya ilə əlaqələrin azaldılması məsələsi gündəlikdə deyil", - o deyib.

Xəbər lenti

Xəbər lenti