...

"Viva Palestina" konvoyunun 55 fəalı Misirdəki qarşıdurmada yaralanıb

Dünya xəbərləri Materials 6 Yanvar 2010 11:15 (UTC +04:00)
Misirin əl-Əriş limanında yerli polis və "Viva Palestina" konvoyunun fəalları arasında baş vermiş qarşıdurma zamanı təxminən 55 nəfər yaralanıb.
"Viva Palestina" konvoyunun 55 fəalı Misirdəki qarşıdurmada yaralanıb

Misirin əl-Əriş limanında yerli polis və "Viva Palestina" konvoyunun fəalları arasında baş  vermiş qarşıdurma zamanı təxminən 55 nəfər yaralanıb. Məlumatı Press TV yayıb.

Qarşıdurma, Misir tərəfinin "Viva Palestina" konvoyunun humanitar yardımdan ibarət 59 yük gəmisinin Qəzza sektoruna daxil olmasına icazə verməyəcəyini bildirməsindən sonra baş verib.

Türkiyə deputatlarından ibarət nümayəndə heyətinin Misir rəsmilərini bu qərarı dəyişməyə razı salmaq üçün apardığı danışıqlar nəticəsiz qalıb.

Konvoyun tərkibi ərzaq və dərman məhsulları ilə yüklənmiş 200-dən çox avtomobildən ibarətdir.

Xəbər lenti

Xəbər lenti