...

Yəməndə baş verən hadisələr İslam düşmənlərinin planıdır - İran Prezidenti

Dünya xəbərləri Materials 7 Yanvar 2010 15:18 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün Behreyn Parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani ilə görüşüb.
Yəməndə baş verən hadisələr İslam düşmənlərinin planıdır - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad bu gün Behreyn Parlamentinin sədri Xəlifə bin Əhməd əl-Zəhrani ilə görüşüb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Görüşdə Əhmədinejad bildirib ki, İslam ölkələri və xalqlarının sayıqlığı, birliyi və əməkdaşlığı düşmənlərin planlarını pozacaq və müsəlmanların inkişafına şərait yaradacaq. "Yəməndə baş verən son hadisələr İslam düşmənlərinin planıdır. İslam ölkələri və müsəlmanların birliyi İraq, Əfqanıstan, Fələstin və digər ölkələrdəki milyonlarla insanın ölümünün qarşısını ala bilər", - Əhmədinejad deyib.

O əlavə edib ki, hegemon ölkələrin güc tətbiq etməsi onların rejimlərinin zəif olmasının göstəricisidir. "Müsəlmanlar arasında ayrı-seçkilik yaratmaq hegemon ölkələrin siyasətidir və onlar bununla müsəlmanların inkişafının qarşısını alır və ölkələrindəki sərvətləri talayırlar", - İran Prezidenti deyib.

Əhmədinejad bu gün İranda səfərdə olan Suriyanın Xalq Məclisinin sədri Mahmud əl-Əbrəşlə də görüşüb.

Xəbər lenti

Xəbər lenti