...

İranda həbsdə olan bəhailərin məhkəməsi keçirilir

Dünya xəbərləri Materials 12 Yanvar 2010 14:42 (UTC +04:00)

İranda iki il bundan əvvəl həbs olunan Bəhai dininin yeddi rəhbərinin məhkəməsi keçirlir. Bu barədə Dünya Bəhailər İcmasının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, həbsdəki bəhailər milli təhlükəsizliyi pozmaqda, müqəddəsləri təhqir etməkdə və casusluqda ittiham olunurlar.

Xanım Fariba Kamalabadi, Camaləddin Xancani, Əfif Nəimi, Səid Rzayi, Behruz Təvəkküli, Məhvəş Sabit və Vahid Tizfəhm iki ildir ki həbsdə saxlanılırlar. Onlar 2008-ci il mayın14-də Tehranda İran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.

Xəbər lenti

Xəbər lenti