...

İranın mədəniyyət naziri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2010 12:59 (UTC +04:00)
İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni yanvarın 16-da "İstanbul - 2010 Avropa Mədəniyyəti Paytaxtı" Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
İranın mədəniyyət naziri Türkiyəyə səfər edəcək

İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni yanvarın 16-da "İstanbul - 2010 Avropa Mədəniyyəti Paytaxtı" Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Məlumatı İRNA xəbər agentliyi yayıb.

Mədəniyyət ilinin rəsmi açılışı Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan olunacaq. "İstanbul - 2010 Avropa Mədəniyyəti Paytaxtı" Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti