...

İran polisi Aşura günü iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən 65 nəfərin axtarışı üçün əhalidən kömək istəyib

Dünya xəbərləri Materials 18 Yanvar 2010 17:51 (UTC +04:00)
İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkillərini yayaraq, onların tapılması üçün əhalidən kömək istəyib.
İran polisi Aşura günü iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən 65 nəfərin axtarışı üçün əhalidən kömək istəyib

İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkillərini yayaraq, onların tapılması üçün əhalidən kömək istəyib. Bu barədə "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı sahamnews məlumat yayıb.

İran polisi həmin 65 nəfəri təhlükəsizliyi və ümumi asayişi pozmaqda, İslami şüarları və dini dəyərləri təhqir etməkdə ittiham edib. Polis əhalidən həmin şəxslərin tapılmasında kömək göstərmələrini istəyib.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.

Xəbər lenti

Xəbər lenti