...

İranda bu gün iki nəfər edam olunacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2010 12:37 (UTC +04:00)
Tehran şəhər Baş Prokurorluğunun ağır cinayətlər şöbəsinin rəhbəri Fəxrəddin Cəfərzadə bu gün Evin həbsxanasında iki nəfərin edam olunacağını bildirib.
İranda bu gün iki nəfər edam olunacaq

Tehran şəhər Baş Prokurorluğunun ağır cinayətlər şöbəsinin rəhbəri Fəxrəddin Cəfərzadə bu gün Evin həbsxanasında iki nəfərin edam olunacağını bildirib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Cəfərzadə əlavə edib ki, edam olunacaq iki məhbus Tehranın Levasan regionunda bir qadına ərinin və övladının gözü qarşısında təcavüz etdiklərinə görə edama məhkum olunublar.

Amnesty İnternational-ın məlumatına əsasən, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti