Tbilisi və Yerevan arasında hava nəqliyyatı müvəqqəti dayandırılıb

Dünya xəbərləri Xəbər 1 Fevral 2010 10:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 fevral / Trend , N.Kirsxaliya/

Tbilisi və Yerevan arasında bu gündən etibarən hava nəqliyyatı müvəqqəti dayandırılıb. Gürcüstanın Vahid nəqliyyat administrasiyasının Trend -a verdiyi məlumata əsasən, uçuşların dayandırılması mövsümi xarakter daşıyır.

Sərnişin axınının olmaması səbəbindən reyslər həyata keçirilməyəcək.

Yerevan üzərindən Tbilisi-Moskva reysini Ermənistan hava şirkəti "Armavia" həyata keçirib.

Bu istiqamətdə ilk reysi hava şirkəti 2009- cu il martın 14- ü həyata keçirib.

Xəbər lenti

Xəbər lenti