...

Fransa, Brazilya və bir Asiya ölkəsi ilə nüvə yanacağının mübadiləsi məsələsini müzakirə edirik - İranın Atom Enerji təşkilatının sədri

Dünya xəbərləri Materials 3 Fevral 2010 14:12 (UTC +04:00)
İranın Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, Tehran reaktoruna lazım olan 20 faizlik uranı 3.5 faizlik uranla mübadilə etmək üçün müzakirələri davam etdirir və bu haqda razılaşma əldə olunarsa, açıqlanacaq. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
Fransa, Brazilya və bir Asiya ölkəsi ilə nüvə yanacağının mübadiləsi məsələsini müzakirə edirik - İranın Atom Enerji təşkilatının sədri

İranın Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, Tehran reaktoruna lazım olan 20 faizlik uranı 3.5 faizlik uranla mübadilə etmək üçün müzakirələri davam etdirir və bu haqda razılaşma əldə olunarsa, açıqlanacaq. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Salehi "Brazilya və Fransadan başqa İran hansı ölkələrlə 20 faizlik nüvə yanacağını mübadiləsi məsələsini müzakirə edir" sualının cavabında bildirib ki, Tehran reaktoruna lazım olan yanacağın təmin olunması üçün dünyanın müxtəlif ölkələri ilə müzakirələr aparılır, adları çəkilən ölkələrdən başqa, İran Asiyadan olan bir ölkə ilə də müzakirə aparır.

Salehi Asiyadan olan ölkənin Yaponiya ölkəsidirmi sualının cavabında bildirib ki, icazə verin bu haqda danışmayaq.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

Xəbər lenti

Xəbər lenti