...

İranda "Azadlıq" radiosunun müxbiri həbs olunub - təhlükəsizlik naziri

Dünya xəbərləri Materials 10 Fevral 2010 15:07 (UTC +04:00)
İranın təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, "Azadlıq" radiosu ilə əməkdaşlıq etmək ittihamı ilə həbs olunmuş 8 nəfərdən yalnız biri jurnalistdir və o da bu radio ilə əməkdaşlığını etiraf edib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
İranda "Azadlıq" radiosunun müxbiri həbs olunub - təhlükəsizlik naziri

İranın təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, "Azadlıq" radiosu ilə əməkdaşlıq etməkittihamı ilə həbs olunmuş 8 nəfərdən yalnız biri jurnalistdir və o da bu radio ilə əməkdaşlığını etiraf edib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Müslehi bu gün İranın Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin "Azadlıq" radiosuilə əməkdaşlıq etməkittihamı ilə həbs olunmuş şəxslər haqqında sualına münasibət bildirərək deyib ki, həbs olunmuş şəxslərdən yalnız biri jurnalistdir, o, "Azadlıq" radiosuna çalışdığını və əcnəbilərin ona yardım etdiyini etiraf edib.

Müslehi əlavə edib ki, həbs olunmuş digər 7 nəfərin işi hazırda araşdırılır.

Xəbər lenti

Xəbər lenti