...

"Cundullah" liderinin qardaşı edam edilməyib - İranın Sistan və Bəluçustan əyalətinin prokroru (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 24 Fevral 2010 15:06 (UTC +04:00)
Sistan-Bəludcistan əyalətinin prokuroru Məhəmməd Mərziə "Cundullah" terror təşkilatının rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdülhəmid Riqinin edam olunması haqqında İranın bəzi informasiya agentliklərində yayılan məlumatları təkzib edib. Bu barədə İranın dövlət xəbər agentliyi İRİNN məlumat verib.
"Cundullah" liderinin qardaşı edam edilməyib - İranın Sistan və Bəluçustan əyalətinin prokroru (ƏLAVƏ OLUNUB)

Red: birinci və ikinci abzaslar əlavə olunub

Sistan-Bəludcistan əyalətinin prokuroru Məhəmməd Mərziə "Cundullah" terror təşkilatının rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdülhəmid Riqinin edam olunması haqqında İranın bəzi informasiya agentliklərində yayılan məlumatları təkzib edib. Bu barədə İranın dövlət xəbər agentliyi İRİNN məlumat verib.

"Bu xəbər yalandır, - Mərziə bildirib. Əbdülmalik Riqinin həbs edilməsindən sonra onun kimsə tərəfindən reklam edilməsi təəssüratı yaranır".

Əvvəlcə bildirilib ki, Əbdülhəmid Riqi çərşənbə günü səhər İranda edam edilib.

Məlumatda bildirilir ki, Əbdülhəmid Riqi bir neçə nəfərin, həmçinin polis işçilərinin və onların ailələrinin ölümündə ittiham edilir. Bir neçə ay öncə verilən ölüm hökmünün yerinə yetirilməsi müəyyən səbəblərdən bir neçə ay əvvəl təxirə salınmışdı.

Çərşənbə axşamı İran Milli Təhlükəsizlik orqanı tərəfindən "Cundullah" terror təşkilatının sünni lideri Riqi həbs olunub. İran kəşfiyyat idarəsinin mətbuat xidmətinin məlumatına əsasən, Riqi şərq ölkələrinin birində xüsusi əməliyyat nəticəsində həbs edilib.

İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlarda və təxribatlarda ittiham edir.

Sonuncu irimiqyaslı teror aktını öz üzərinə götürən "Cundullah" 2009-cu ilin oktyabr ayında İranın cənub -şərqində partlayış törədib və 50 nəfərin həyatını itirməsinə səbəb olub.

Tehranın bildirdiyi kimi, "Cundullah" qruplaşmasının ABŞ və Böyük Britaniyanın xüsusi xidməti ilə əlaqələri var.

Xəbər lenti

Xəbər lenti