Yaxın Şərqin yeni tarixi - Trend News-un icmalçısı

Yaxın Şərqin yeni tarixi - Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

Bu günə qədər Yaxın Şərqdə heqemonluq qismən də olsa İsrailə məxsus idisə, İslam dünyasının ən çılğın prezidenti Mahmud Əhmədinejadın İranın fevralın 11-də uranın 20 faizədək zənginləşdirilməsinə nail olduğunu elan etməsi ilə regionda heqemonluğa iddialı yeni və daha ciddi oyunçu peyda oldu.

Əslində, Yaxın Şərq dövlətlərinin heqemenluq üçün apardığı mübarizə yeni deyildi.

Əgər 2008-ci ildə baş vermiş Qəzza hadisələrinə kimi regionda İsrailin tam və mütləq heqemonluğu var idisə, hərbi əməliyyatların başlanması ilə İsrailin regiondakı heqemonluğu sona çatdı.

Çünki iqtisadi və hərbi potensial baxımından regionda güclü olan İsrail ordusu və kəşfiyyatı Mahmud Abbas administrasiyasının yardımı ilə maksimum üç gün müddətində Qəzzanın kapitulyasiyasını düşünürdüsə, bunu edə bilmədi. Ən azından ona görə ki, HƏMAS əvvəlki illərdən fərqli olaraq, sadəcə küçə müqaviməti göstərən HƏMAS deyildi, İsrail qarşısında daha ciddi və nizami bir ordu dururdu.

Bütün bunlarla yanaşı, Qəzza hadisələri zamanı diqqətdən qaçan, lakin maraqlı hadisələr baş verdi.

Əgər əvvəllər Qəzzaya İsrail tərəfindən hər hansı bir müdaxilə baş verirdisə, HƏMAS və hər hansı bir yerli qruplaşma İsralin əməliyyatlarına cavab olaraq terror aktları həyata keçirirdilər. HƏMAS və digər silahlı qruplaşmaların İsrail ərazisində terror aktları həyata keçirtmək imkanları olsa da, 22 gün davam edən müharibə zamanı İsrail ərazisində bir dəfə də olsun terror aktı həyata keçirilmədi.

Bununla da HƏMAS beynəlxalq aləmdə İsrailin nüfüzunun sarsılmasına nail oldu. İsrailə ən böyük zərbə isə regionda hərbi və siyasi sahədə müqttəfiqi olan Türkiyədən gəldi. Qəzza hadisələri Türkiyə-İsrail münasibətlərində yeni - qarşılıqlı etibarsızlıq dövrü yaratdı.

Ankara - Təl-Əviv münasibətlərinin gərginləşməsi ilə türk-ərəb və türk-fars münasibətlərində yeni dövr başladı.

Lakin Qəzza hadisələrinin fonunda gizlənən bir reallıq var idi ki, bu da Misir, Səudiyyə Ərəbistanı, İordaniya və bəzi körfəz dövlətlərinin İsrail ilə birgə qismən də olsa İrana qarşı mübarizə aparması idi. Çünki bəzi ərəb dövlətlərinə görə regionda real təhlükə Tehranın nüvə proqramıdır.

Ən maraqlısı odur ki, Qəzza hadisələrindən sonra Benyamin Netanyahu İordaniya və Misirə səfəri zamanı ölkə rəsmiləri ilə görüşündən sonra İsrail televiziyasında İranın nüvə proqramının region üçün təhlükəli olduğunu və İsrailin bu problemə qarşı ərəb dünyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. İsrail rəsmisinin bu təklifi İrana qarşı yəhudi-ərəb birliyinin başlanması idi.

Lakin İsrail, İran və ərəb ölkələri ilə yanaşı, regionun taleyini həll edə biləcək Ankara və bütün region üçün başağrısına çevrilən İraq unudulurdu.

2002-ci ildə Türkiyə siyasi elitasının milliyyətçilərdən liberal islamçılara keçməsi ilə Ankaranın regiona olan iddiası daha da gücləndi. Regiona iddia əvvəlki hökumətlərin zamanında da var idi, lakin Ankara bunu heç vaxt açıq şəkildə göstərmirdi.

Türkiyədə AKP haqqında müxtəlif fikirlər olsa da, AKP həm daxili siyasətdə, həm də xarici siyasətdə bir sıra uğurlara imza atıb. Daxili siyasətdə atılan uğurların ən böyüyü isə hakimiyyətin özündən əvvəlki hökumətlərin ifşa edə bilmədiyi, "dövlət içində dövlət" statusu almış qeyri-qanuni təşkilatların ifşa edilməsi idi.

Bunlarla yanaşı, AKP ölkədə say etibarı ilə altıncı olan və BALYOZ (gürz) adlanan dövlət çevrilişinin qarşısını almışdı. BALYOZ planına əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Plan baş tutacağı təqdirdə isə, Türkiyədə kütləvi həbslər başlanmalı idi.

Planın baş tutmamağı isə AKP simasında Ankaranın daha stabil daxili siyasətə malik olmasının göstəricisi idi.

Ankaranın regionda artan nüfuzu onu deməyə əsas verir ki, gələcəkdə hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq, Türkiyə regionda hegemonluq iddiasından əl çəkən deyil. Türkiyə nə qədər Avropa ittifaqına can atsa da, Ankara çox yaxşı başa düşür ki, Aİ-nin sonucu dövləti olmaqdansa, Yaxın Şərqin birinci dövləti olmaq daha yaxşıdır.

İraqa gəlincə, martın 7-də keçiriləcək parlament seçkilərindən sonra regionda əsaslı şəkildə dəyişikliklər gözlənilir. Hətta bir çox siyasi müşahidəçilər seçkilərdən sonra İraqın parçalanacağı və federasiya vəziyyətinə gələcəyini də söyləyirlər.

İraqdakı real vəziyyət onu deməyə əsas verir ki, bu seçkilərdə dini partiyalar deyil, dünyəvilər daha üstünlük təşkil edəcəklər və seçkilərdə qələbə qazanacaqlar. Seçkilərdə isə mübarizə əsasən ölkənin vitse-prezidenti Tariq əl-Haşimi və İyad Əllavi arasında olacaq.

Böyük ehtimal ki, bu seçkilərdən sonra İraqın Baş nazir postunu dünyəviləri təmsil edən İyad Əllavi, prezident postunu isə Tariq əl-Haşimi tutacaq.

Seçkiöncəsi və ərəfəsində isə bir çox maraqlı hadisələr baş verdi. Bunlardan ən yadda qalanı isə İyad Əllavinin Səudiyyə Kralı və Səudiyyə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri ilə ər-Riyadda təkbətək görüşü oldu. Bu görüşdən sonra Səudiyyə Ərəbistanının Əllaviyə dəstək verəcəyinə zərrə qədər də şübhə qalmır.

Səudiyyə Ərəbistanı rəsmiləri dəfələrlə İraq sünnilərini müdafiə etmək üçün qoşunlarını İraqda yerləşdirmək təklifi ilə də çıxış etmişdilər.

Şiə olmasına baxmayaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti, "dünyəvi" Əllaviyə dəstək verməklə Səudiyyə Ərəbistanı İraqı İranın təsirindən çıxarmağa çalışır. Təbii ki, bu məsələdə Səudiyyə Ərəbistanı özbaşına deyil, əbədi müttəfiqi olan ABŞ-la razılaşdırılmış şəkildə hərəkət edir.

Səudiyyə Ərəbistanının əl-Haşimini dəstəkləməməyinin əsas səbəblərinə gəlincə isə, əl-Haşiminin siyasətdə az da olsa Türkiyəyə meyilli olmasıdır. Məhz İraqa son səfərində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündən sonra Tariq əl-Haşimi İslam partiyasından ayrılaraq "HİZBul TACDİD" yenilik partiyasını qurdu. Ən maraqlısı isə Haşimiyə bağlı olan bir çox siyasi xadimlərin də ölkədəki digər siyasi partiyalara üzv olmaları oldu. Bu da parlament seçkilərində hansı siyasi partiyanın qalıb gələcəyindən asılı olmayaraq, Haşimi tərəfdarlarının hakimiyyətdə təmsil olunması ilə nəticələnəcək.

İraqın süqutundan sonra keçirilən seçkilərdə qalib gələn İranyönlü şiələr bu seçkilərdə ciddi daxili parçalanma ilə üz-üzə qaldılar. Bu seçkilərdə əvvəlki seçkilərdən fərqli olaraq, ABŞ şiələri dəstəkləməyəcək, çünki şiələrin dəstəklənməsi İraqın siyasi cəhətdən Tehranın təsir dairəsinə düşməsi ilə nəticələnmişdi.

Seçkilərdən sonra isə İraq Səudiyyə Ərəbistanı üçün ikinci Yəmənə çevriləcək.

Parlament seçkilərindən sonra ən çətin vəziyyətdə isə İraqın şimalındakı kürd administrasiyası olacaq və böyük ehtimal ki, Türkiyəyə qarşı barışmaz mövqe nümayiş etdirən kürdlər ərəblərdən fərqli olaraq, nə Səudiyyə Ərəbistanı, nə də İrana meyl edəcəklər, ən ideal variant isə Ankaraya üz tutmaq olacaq. Təbii ki, Ankara bununla da bu yaxınlaşmadan istifadə edərək, PKK problemini də həll etmək istəyində olacaq. Ankaranın bu kartdan nə qədər faydalanacağını isə zaman göstərəcək.

Bir çox Bağdad rəsmilərinin ölkədə stabilliyin, nizami ordunun və düzəlməkdə olan iqtisadiyyatın olmasını söyləməsinə baxmayaraq, İraq yeni, daha ciddi və daha qanlı müharibə ərəfəsindədir. İşğaldan sonra yaşanan hadisələr isə ehtimal edilən müharibə ilə müqayisə belə olunmayacaq.

Ehtimal edilir ki , İraqdakı parlament seçkiləri yaxın yeni, daha qanlı tarixin başlanmasına təkan verəcək.

"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Loading Bars
Xəbər lenti
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Bütün xəbərlər