...

Türkiyə erməniləri erməni diasporunu yalanda ittiham edir və Ermənistana qayıtmaq istəmədiklərini bildirirlər

Dünya xəbərləri Materials 18 Mart 2010 11:30 (UTC +04:00)
Türkiyədə yaşayan qeyri-leqal erməni miqrantları erməni diasporunu yalanda ittiham ediblər və Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər. Məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.
Türkiyə erməniləri erməni diasporunu yalanda ittiham edir və Ermənistana qayıtmaq istəmədiklərini bildirirlər

Türkiyədə yaşayan qeyri-leqal erməni miqrantları erməni diasporunu yalanda ittiham ediblər və Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər. Məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Bəzi erməni miqrantlarının sözlərinə görə, Ermənistan hökuməti erməni xalqının həyatının yaxşılaşması üçün heç bir şərait yaratmır.

Agentlik yazır ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistandan olan 100 min erməni miqrantının ölkədən deportasiya ediləcəklərinin mümkünlüyü barədə xəbərdarlığı erməni miqrantları arasında böyük narahatlıq yaradıb.

Lakin qeyri-leqal miqrantlar bunda Türkiyə hökumətini deyil, erməniləri aldadan erməni lobbisini ittiham edirlər.

Ərdoğan rəsmi Ankaranın bir sıra ölkə parlamentlərinin Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul etməsinə cavab olaraq belə bəyanatla çıxış edib.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi və martın 11-də İsveç Parlamenti tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsindən sonra, Türkiyə öz səfirlərini məsləhətləşmələr üçün VaşinqtonStokholmdan geri çağırıb.

"Mənim ölkəmdə 170 min erməni yaşayır, bunların 70 mini Türkiyə vətəndaşıdır", - Türkiyənin Baş naziri bildirib. - "Sabah lazım olarsa, 100 min erməniyə "Ölkənizə qayıdın!" - deyəcəyəm. Çünki onlar mənim vətəndaşım deyil. Onları ölkəmdə saxlamaq mənim borcum deyil".

Ermənistandan olan miqrantların sözlərinə görə, Türkiyədə yaşadıqları müddətdə onlar heç zaman Türkiyə xalqının və ya hökumətinin pis rəftarı ilə üzləşməyiblər.

Xəbər lenti

Xəbər lenti