...

Ermənilərin çıxarılmaları haqqında dediklərim təhrif olunub - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 19 Mart 2010 15:19 (UTC +04:00)
Türkiyədə yaşayan 100 000 qeyri-leqal miqrantın çıxarılması haqqında sözlər Türkiyə mətbuatı tərəfindən təhrif olunub. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib "Ədalət və inkişaf" hakim partiyasının iclasında bildirib. CNN Türk xəbər verir.
Ermənilərin çıxarılmaları haqqında dediklərim təhrif olunub - Türkiyənin Baş naziri

Türkiyədə yaşayan 100 000 qeyri-leqal miqrantın çıxarılması haqqında sözlər Türkiyə mətbuatı tərəfindən təhrif olunub. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib "Ədalət və inkişaf" hakim partiyasının iclasında bildirib. CNN Türk xəbər verir.

"Türkiyədə yaşayan qeyri-leqal ermənilərin çıxarılmaları haqqında sözlərim bütün ermənilərin, hətta türk vətəndaşı olan ermənilərin də deportasiyası kimi başa düşülüb", - Ərdoğan bildirib. - "Çox təəssüf ki, bu xəbər mənim Türkiyədəki bütün erməniləri deyil, yalnız qeyri-leqal erməniləri nəzərdə tutduğumu nəzərə almadan çap edilib".

Türkiyə hökumətinin rəhbəri türkiyəli jurnalistləri öz ölkələrinin maraqlarını müdafiə etməyə çağırıb.

O, həmçinin, Türkiyə - Ermənistan münasibətlərinə toxunaraq bildirib ki, son zamanlar bir sıra ölkələrin parlamentlərində müzakirə edilən "erməni soyqırımı" Yerevan və Ankara arasındakı münasibətlərin normallaşdırılmasına çox güclü təsir edir və vurğulayıb ki, Türkiyə bundan zərər çəkməyəcək.
"Tarix parlamentlərdə müzakirə edilməməlidir", - Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti