İran hesab edir ki, bəzi dövlətlər terror qruplaşmalarına qarşı ikili standart siyasəti həyata keçirirlər və terrorizmin aradan qaldırılması üzrə beynəlxalq aksiyaların pozulmasına görə məsuliyyət daşıyırlar. Məlumatı Press TV yayıb.
"Avropa İttifaqının mücahəddine-xalq terror təşkilatını özünün terror qruplaşmaları siyahısından çıxarması və ya digər dövlətə zərər vurmaq məqsədilə terrorçu qruplardan istifadə Aİ-nin bu mənfur hala (terrorizmə) qarşı ikili mövqeyinin tərkib hissəsidir", - İranın Parlament nümayəndə heyətinin üzvü Cavad Cahangirzadə bazar ertəsi Bankokda parlamentlərarası ittifaqın müşavirəsində bildirib.
2009-cu ilin fevralında Aİ ölkələri nazirləri Avropa Məhkəməsinin qərarından sonra mücahəddine-xalq terror qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması barədə qərar qəbul ediblər.
İranlı deputat bəzi Qərb ölkələrini, xüsusilə də ABŞ-ı "terrorizmlə mübarizə adı altında digər dövlətlərə qarşı müharibə aparmağa və müxtəlif ekstremist qruplaşmaların formalaşması üçün zəmin yaratmağa" görə pisləyib.