...

İranda pedaqoq ölüm hökmünə məhkum edilib

Dünya xəbərləri Materials 30 Mart 2010 16:12 (UTC +04:00)
Tehran İnqilab Məhkəməsi Pakdəşt şəhər məktəbinin pedaqoqu Əbdülrza Qəmbərini ölüm hökmünə məhkum edib.
İranda pedaqoq ölüm hökmünə məhkum edilib

Tehran İnqilab Məhkəməsi Pakdəşt şəhər məktəbinin pedaqoqu Əbdülrza Qəmbərini ölüm hökmünə məhkum edib. Bu barədə müxalifətdə olan "kaleme.com" saytı məlumat verir.

İttihamnamədə deyilir ki, Qəmbəri "müharibdir", antiiran qruplaşmaları və xarici telekanallarla əlaqə saxlayır.

Allaha, Peyğəmbərə və İslam hökumətinə qarşı çıxanlar "müharib" adlanır. İran Konstitusiyasının 183-196-cı maddələrində "müharib" və "İslam hökumətini devirməyə" cəhd göstərən şəxslərin barəsində sürgün və ya ölüm hökmü kimi cəzalar nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti