...

Ərəb ölkələrinin bəyanatları İranın daxili siyasətinə açıq müdaxilədir - XİN nümayəndəsi

Dünya xəbərləri Materials 30 Mart 2010 13:41 (UTC +04:00)
Liviyada Ərəb Dövlətləri Liqasının sammitində ərəb ölkələri başçılarının son bəyanatı İranın daxili işlərinə açıq müdaxilədir. Bu barədə "Mehr" agentliyi İİR-in Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəstdən sitat gətirib.
Ərəb ölkələrinin bəyanatları İranın daxili siyasətinə açıq müdaxilədir - XİN nümayəndəsi

Liviyada Ərəb Dövlətləri Liqasının sammitində ərəb ölkələri başçılarının son bəyanatı İranın daxili işlərinə açıq müdaxilədir. Bu barədə "Mehr" agentliyi İİR-in Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəstdən sitat gətirib.

İran nümayəndəsinin sözləri ərəb dövlətləri başçılarının bəyanatına səbəb olub. Belə ki, Liviyanın Sirt şəhərində keçirilən 22-ci iclasda onlar bəyan ediblər ki, Fars körfəzindəki üç ada - Böyük və Kiçik Tomb və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.

"Bu bəyanatın əsası yoxdur. Tarixən bu adalar İran ərazisi olub və belə əsassız bəyanatlar İranın bu adalara nəzarət etməsinə heç bir təsir göstərməyəcək", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran dəfələrlə bəyan edib ki, BƏƏ ilə mübahisəli ərazilərlə bağlı anlaşılmazlıq iki ölkə arasında danışıqlar çərçivəsində həll olunmalıdır və üçüncü ölkənin müdaxiləsi yolverilməzdir.

Ərəb ölkələri bildirirlər ki, Hörmüz körfəzində neft və qaz yataqları ilə zəngin olan ada Ərəb Əmirliklərinə məxsusdur, İran isə bunu inkar edir.

Xəbər lenti

Xəbər lenti