...

Mərakeşdə hava qəzasında həlak olan BƏƏ Prezidentinin qardaşının cəsədini tapıblar

Dünya xəbərləri Materials 31 Mart 2010 11:03 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin qardaşı - 41 yaşlı Şeyx Əhməd Bin Zaid əl-Nəhyaynanın cəsədi onun planerinin Mərakeş göllərindən birinin üzərində qəzaya uğramasından sonra çərşənbə axşamı tapılıb, - Küveytin KUNA agentliyi xəbər verir.
Mərakeşdə hava qəzasında həlak olan BƏƏ Prezidentinin qardaşının cəsədini tapıblar

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin qardaşı 41 yaşlı Şeyx Əhməd Bin Zaid əl-Nəhyaynanın cəsədi onun planerinin Mərakeş göllərindən birinin üzərində qəzaya uğramasından sonra çərşənbə axşamı tapılıb, - Küveytin KUNA agentliyi xəbər verir.

Şeyxin axtarışı onun planerinin Mərakeşdə Sidi Məhəmməd bin Abdulla bəndi yaxınlığında gölə düşməsindən sonra ötən cümə axşamı aparılıb. Qəza anında planerdə iki nəfər - şeyx və xilas ola bilən pilot olub.

Ölən şeyx aktivlərinin ümumi miqdarı 500-dən 800 milyard dollara kimi olan dünyadakı ən böyük "Abu Dhabi Investment Authority" (ADIA) investisya fondunun direktoru idi. O, Əbu-Dəbi hökmdarının və BƏƏ Prezidenti Xəlif bin Zaid əl-Nəhyaynanın kiçik qardaşı və taxt-tacın birbaşa varisi idi. "Forbes" jurnalının yazdığına əsasən, Şeyx Əhməd dünyada nüfuzlu insanlar reytinqində 27-ci yeri tuturdu, o, KİV ilə nadir hallarda əlaqə yaradırdı.

BƏƏ-nin prezidentinin qardaşının ölümü ilə əlaqədar ölkədə çərşənbə günüdən başlayaraq, üçgünlük matəm elan olunub.

Xəbər lenti

Xəbər lenti