Türkiyə öz sözünü tuta bilən bir ölkədir. Bu barədə çərşənbə günü Parisdə keçirilən mətbuat konfransında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib, - CNN Turk kanalı məlumat verir.
"Əgər fövqəltəbii bir şey baş verməsə, Türkiyə, Ermənistan - Türkiyə protokollarından əl çəkməyəcək", - o bildirib.
Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşün mümkünlüyü haqqında Ərdoğan, Ermənistan tərəfindən öz təkliflərinə cavab aldıqdan sonra bu barədə fikir söyləyəcəyini bildirib.