...

İran yeni nəsil F14 qırıcı təyyarələrinə təkmilləşdirilmiş mühərriklər və yeni radar sistemləri quraşdırıb

Dünya xəbərləri Materials 20 Aprel 2010 14:36 (UTC +04:00)

İranın Hərbi Hava Qüvvələri (HHQ) komandanının əlaqələndirici məsələlər üzrə müavini Əziz Nəsirzadə bildirib ki, bu gün qırıcı təyyarələr, xüsusilə F14 qırıcı təyyarəsində əsaslı dəyişikliklər olunub. "F 14 qırıcı təyyarələrində yeni radar sistemi və təkmilləşdirilmiş mühərrik quraşdırılıb", - deyə Nəsirzadə deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Nəsirzadə deyib ki, bu gün HHQ-də istifadəyəyararsız təyyarə yoxdur. Onun sözlərinə görə, təyyarələrin zahiri görünüşü necə var qalır, lakin bütün sistemləri daim yenilənir və təkmilləşdirilir. "Hazırda F14 qırıcı təyyarələrinin yeni nəsli bizim ixtiyarımızdadır, həmin qırıcının radarı iranlı mütəxəssislər tərəfindən təkmilləşdirilib", - deyə Nəsirzadə bildirib.

Nəsirzadə deyib ki, iranlı mütəxəssislər hazırda təyyarə mühərriklərinin istehsal edilməsi üçün çalışmalar aparır və nailiyyətlər də əldə olunub ki, gələcəkdə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti