...

Danışıqların şərtlərinə əməl olunmasa, İran uranı öz ölkəsinə qaytaracaq - Xarici İşlər Nazirliyinin nümayəndəsi

Dünya xəbərləri Materials 17 May 2010 15:13 (UTC +04:00)
İran, Türkiyə və Braziliya tərəfindən imzalanmış üçtərəfli müqavilənin 10 bəndindən, hətta birinə əməl olunmasa, 3,5 faizli uran İrana qaytarılacaq, - bu barədə ölkənin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Press TV-yə müsahibəsində bildirib.
Danışıqların şərtlərinə əməl olunmasa, İran uranı öz ölkəsinə qaytaracaq - Xarici İşlər Nazirliyinin nümayəndəsi

İran, Türkiyə və Braziliya tərəfindən imzalanmış üçtərəfli müqavilənin 10 bəndindən, hətta birinə əməl olunmasa, 3,5 faizli uran İrana qaytarılacaq, - bu barədə ölkənin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Press TV-yə müsahibəsində bildirib.

O, həmçinin əlavə edib ki, həftənin sonuna qədər İran MAQATE ilə imzalanmış sazişin bütün detallarını müzakirə edəcək.

Bazar ertəsi Türkiyə və İran Türkiyə ərazisində ay ərzində 1 200 kq aşağı zənginləşdirilmiş uranın yanacaqla mübadiləsi barədə saziş imzalayıblar.

İranın nüvə problemi barədə Türkiyə, Braziliya və İran arasındakı razılaşma dünən axşam imzalanıb. Braziliya və Türkiyənin təklifləri İranın uranı zənginləşdirmək hüquqlarını tanıyır. Bununla yanaşı, beynəlxalq cəmiyyət İranın nüvə obyektlərində onun sülh xarakteri daşımasına əmin olmaq məqsədilə yoxlamalar apara bilər, - RİA-Novosti Frans-Press-ə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti