Türkmənistan, Aşqabad, 29 may /Trend, müxbir H.Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir sıra məhbusların əfv edilməsi barədə fərman imzalayıb.
Sənəddə bildirilir ki, aksiya gələcək həmrəyliyin və Türkmənistan cəmiyyətinin, hər bir ailənin vahidliyinin möhkəmlənməsi məqsədilə alicənablıq, ədalətlilik və humanizm prinsipləri əsasında, həmçinin Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə qəbul olunub.
Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Berdiməhəmmədov müvafiq rəhbərliklərə əfv edilmiş məhbusların cəzaçəkmə yerlərindən azad olunması və öz evlərinə, doğma ocaqlarına sağ-salamat qayıtmasına nəzarət etməyi tapşırıb.