...

İranda siqaret çəkənlərin sayı 17 milyon nəfərə çatıb

Dünya xəbərləri Materials 3 İyun 2010 17:50 (UTC +04:00)
İranda siqaret çəkənlərin sayı 17 milyon nəfərə çatıb. İranın Qəzvin əyalətinin Davranış Qaydaları Tibbi Məsləhətxanın icraçı rəhbəri İlham Tafi bunu faciə hesab edir.
İranda siqaret çəkənlərin sayı 17 milyon nəfərə çatıb

İranda siqaret çəkənlərin sayı 17 milyon nəfərə çatıb. İranın Qəzvin əyalətinin Davranış Qaydaları Tibbi Məsləhətxanın icraçı rəhbəri İlham Tafi bunu faciə hesab edir. Bu barədə Trend İranın FARS xəbər agenltiyinə istinadən məlumat verir.

Tafi bildirib ki, hazırda dünyada 1 miyard 700 milyon nəfər siqaret çəkir. Onun sözlərinə görə, tütün məmulatları sırasında ən çox istifadə olunan siqaretdən imtina olunması ilə bağlı dünyada 25 ildir tədbirlər görülür.

"Təssüflər olsun ki, ölkəmizdə siqaretdən imtina olunması məqsədilə 7 il öncə yalnız bir kilinika fəaliyyətə başlayıb", - Tafi deyib.

Tafi qeyd edib ki, ötən il ərzində İranda istehsal olunan 57 milyard ədəd siqaretin 7 milyardı Tehran, Urmiya, Rəşt və İsfahan şəhərlərininin payına düşür. Qalan hissə isə digər ölkələrdən idxal olunub.

Tafinin sözlərinə görə, hər siqaret insan ömrünü 5 saniyə azaldır və hər 8 saniyədən bir dünyada bir nəfər dünyasını dəyişir.

O, İranda siqaret çəkənlər arasında gənclərin sayının çoxaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti