...

İranda mitinq iştirakçıları İsrailin "Azadlıq karvan"ına hücumunu pisləyiblər

Dünya xəbərləri Materials 4 İyun 2010 15:43 (UTC +04:00)
İranda İslam İnqilabının banisi Ruhullah Musəvi Xomeyninin 21-ci ildönümü münasibətilə keçirilən tədbir və cümə namazından sonra iştirakçılar İsrailin "Azadlıq karvanı"na hücumuna etiraz məqsədi ilə mitinq keçirib.
İranda mitinq iştirakçıları İsrailin "Azadlıq karvan"ına hücumunu pisləyiblər

İranda İslam İnqilabının banisi Ruhullah Musəvi Xomeyninin 21-ci ildönümü münasibətilə keçirilən tədbir və cümə namazından sonra iştirakçılar İsrailin "Azadlıq karvanı"na hücumuna etiraz məqsədi ilə mitinq keçirib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Mitinq İranın bütün şəhər və rayonlarında eyni vaxtda keçirilib. Mitinq iştirakçıları İsrailin "Azadlıq karvanı"na qarşı hərəkətlərini tənqid ediblər.

İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna humanitar yük daşıyan gəmi karvanının ələ keçirilməsi ilə bağlı əməliyyatları zamanı 19 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Bu arada İsraildəki hərbi mənbələr 10 nəfərin həlak olduğunu iddia edirlər.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxil olub. Onlar mühasirədə olan Qəzzaya ən azı 600 hüquq müdafiəçisi və 10 min ton humanitar yük daşıyıblar. İsrail bundan əvvəl də karvanı hədələmiş və gəmiləri yedəyə alaraq, öz limanlarından birinə gətirəcəyini, səfər iştirakçılarını isə deportasiya edəcəyini açıqlayaraq, Qəzza sektoruna yaxınlaşmağı qadağan etmişdi.

Xəbər lenti

Xəbər lenti