...

Dağıstanda naməlum şəxs məscidin yanında olan adamlara avtomatdan atəş açıb

Dünya xəbərləri Materials 4 İyun 2010 17:08 (UTC +04:00)

Mahaçqala ətrafında cümə günü naməlum şəxs məscidin yanında olan adamlara avtomatdan atəş açıb, hadisə nəticəsində bir nəfər ölüb və biri isə yaralanıb. Bunu RİA Novosti-yə respublika DİN-in əməkdaşı deyib.

"İlkin məlumata görə, adamlar məscidə dua etməyə gedən zaman naməlum şəxs avtomatdan onlara atəş açıb. Nəticədə bir nəfər həlak olub. Bir nəfər isə xəstəxanaya çatdırılıb", - agentliyin müsahibi deyib.

Öz növbəsində Mahaçqalanın hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə bildirib ki, hadisə 13:00 radələrində inzibati cəhətdən Mahaçqalaya aid olan Tarki qəsəbəsinin məscidi yaxınlığında baş verib.

"Bizdə olan məlumata görə, ölən şəxs məscidin imamı olub. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır", - mənbə məlumat verib.

Xəbər lenti

Xəbər lenti