...

İranda qadın jurnalistə bir il həbs cəzası verilib

Dünya xəbərləri Materials 9 İyun 2010 12:31 (UTC +04:00)
İran İnqilab Məhkəməsi qadın jurnalistə bir il qəti həbs və 30 il müddətində jurnalistika fəaliyyətini dayandırmaq cəzası verib.
İranda qadın jurnalistə bir il həbs cəzası verilib

İran İnqilab Məhkəməsi qadın jurnalistə bir il qəti həbs və 30 il müddətində jurnalistika fəaliyyətini dayandırmaq cəzası verib. 2009-cu il Beynəlxalq Qadın Mediaları Fondunun mükafatına layiq görülmüş jurnalist xanım Jila Bəni Yəqubun məhkəməsi İran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilib.

"İlna" agentliyinin məlumatına görə, Bəni Yəqub "rejim əleyhinə təbliğat"da ittiham olunub.

Bəni Yəqub 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinə qarşı  aksiyalarda həbs olunub.

Xəbər lenti

Xəbər lenti