...

İran uranın 20 faizədək zənginləşdirilməsini davam etdirəcək - spiker

Dünya xəbərləri Materials 16 İyun 2010 12:16 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani Mahmud Əhmədinejad hökumətinə uranın 20 faizədək zənginləşdirilməsinin davam etdirilməsi ilə bağlı müraciət edib.
İran uranın 20 faizədək zənginləşdirilməsini davam etdirəcək - spiker

İran Parlamentinin spikeri Əli Laricani Mahmud Əhmədinejad hökumətinə uranın 20 faizədək zənginləşdirilməsinin davam etdirilməsi ilə bağlı müraciət edib. Bu barədə MEHR informasiya agentliyi məlumat yayıb.

Laricani BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləsi konvensiyasına zidd olduğunu deyib.

Onun sözlərinə görə, Qərbin Tehrandakı tədqiqat reaktorunu yanacaqla təmin etməməsi ilə əlaqədar, İran uranın zənginləşdirilməsi prosesini özü davam etdirməlidir.

Laricani əlavə edib ki, əgər neytral sularda İran gəmiləri yoxlanılarsa, onda İran Fars körfəzindən keçən bütün gəmilərdə yoxlamalar aparacaq.

Xəbər lenti

Xəbər lenti