...

Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 22 İyun 2010 10:38 (UTC +04:00)

Almaniyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, ötən gün Almaniyanın Tehrandakı Səfirliyində bir nəfər İran vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb. Almaniyanın səfiri XİN-ə çağırılaraq, ona bu hadisə ilə bağlı İranın rəsmi etiraz notası təqdim olunub.

Səfir belə bir hadisənin baş verməsindən xəbərsiz olduğunu bəyan edib və İranın Xarici İşlər Nazirliyinə bu məsələni ciddiyyətlə araşdıracağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti