...

İran "Vyana qrupu"na cavab göndərəcək – İran XİN rəhbəri

Dünya xəbərləri Materials 23 İyul 2010 14:14 (UTC +04:00)
İranın "Vyana qrupu"na yazılı cavabı hazırdır və tezliklə göndəriləcək.
İran "Vyana qrupu"na cavab göndərəcək – İran XİN rəhbəri

İranın "Vyana qrupu"na yazılı cavabı artıq hazırdır və tezliklə göndəriləcək. Bu barədə jurnalistlərə cümə günü İranın xarici işlər naziri Mənuçöhr Möttəki akademiklərlə görüşdə deyib. Xəbəri ILNA agentliyi yayıb.

""Vyana qrupu"na cavab hazırdır və diplomatik nümayəndəlik tezliklə müvafiq şərtləri elan edəcək", - o deyib.

Müttəki Avropa İttifaqının ali komissarı Ketrin Eştonla Kabildəkı beynəlxalq konfransın kuluarlarında görüşü ilə bağlı bildirib ki, görüş əks tərəfin xahişi ilə baş tutub.

Görüş zamanı Eşton Möttəkiyə deyib ki, "nüvə problemi üzrə danışıqlara başlamağa" hazırdır.

Xəbər lenti

Xəbər lenti