...

Türkiyədə 102 hərbçi barədə həbs qətimkan tədbiri seçilib

Dünya xəbərləri Materials 23 İyul 2010 20:20 (UTC +04:00)
Türkiyədə "Balyoz" ("Gürz") hərbi çevriliş planı iddiası ilə bağlı istintaq çərçivəsində 102 hərbçi haqqında həbs qətimkan tədbiri seçilib.
Türkiyədə 102 hərbçi barədə həbs qətimkan tədbiri seçilib

Türkiyədə "Balyoz" ("Gürz") hərbi çevriliş planı iddiası ilə bağlı istintaq çərçivəsində 102 hərbçi haqqında həbs qətimkan tədbiri seçilib.

CNN Türk kanalının məlumatına görə, məhkəmə 196 nəfərin adının keçdiyi cinayət işi üzrə istefada və fəaliyyətdə olan 102 hərbçinin həbsinə icazə verib. Bu şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan da var. Bu şəxslər daha əvvəl da saxlanılmış, lakin məhkəmənin qərarı ilə istintaq müddətində sərbəst buraxılmışdılar.

Ümumilikdə həbsinə qərar verilən 102 nəfərdən 52-si generaldır.

Xəbər lenti

Xəbər lenti