...

Türkiyədə yüksəkrütbəli hərbçi özünü güllələyib

Dünya xəbərləri Materials 27 İyul 2010 14:09 (UTC +04:00)
Türkiyə Ordusunun yüksəkrütbəli hərbçisi Çərin Keşker çərşənbə axşamı səhər iş kabinetində özünü güllələyib.
Türkiyədə yüksəkrütbəli hərbçi özünü güllələyib

Türkiyə Ordusunun yüksəkrütbəli hərbçisi Çərin Keşker çərşənbə axşamı səhər iş kabinetində özünü güllələyib. Bu barədə DHA agentliyi məlumat verir.

Polkovnik başına tabel silahından atəş açıb. Onun uzun müddət görünmədiyini sezən qərargah əməkdaşları kabinetin qapısını sındırıblar və orada Keşkerin artıq cansız cəsədini aşkar ediblər.

Türkiyə Hərbi Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb.

Xəbər lenti

Xəbər lenti