Bu gün İranın Əhvaz şəhərində narkotik qaçaqmalçılığında təqsirləndirilən üç nəfər edam olunub. Məlumatı FARS informasiya agentliyi yayıb.
Məhkumlar Əhvaz şəhərinin Karun həbsxanasında edam olunub.
İyulun 21-də də narkotik qaçaqmalçılığında təqsirləndirilən dörd nəfər edam edilib. Onlardan üç nəfər Kirman vilayətində, bir nəfəri isə Əhvaz şəhərinin cəzaçəkmə müəssisəsində edam edilib
Beynəlxalq KİV-lərin məlumatına əsasən, cari il ərzində indiyədək İranda 92 nəfər edam olunub. Ötən il isə bu rəqəm İranda 270 olmuşdu.