...

İranın Zahidan vilayətində baş vermiş terror aktında şübhəli bilinən bir qrup şəxs həbs edilib - MTN

Dünya xəbərləri Materials 30 İyul 2010 14:19 (UTC +04:00)
Sistan-Bəlucistan əyalətində baş verən terror aktında şübhəli bilinən bir qrup şəxs həbs olunub. Bu barədə İranın milli təhlükəsizlik naziri Heydər Müslehi deyib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı "İribnews" yayıb.
İranın Zahidan vilayətində baş vermiş terror aktında şübhəli bilinən bir qrup şəxs həbs edilib - MTN

Sistan-Bəlucistan əyalətində baş verən terror aktında şübhəli bilinən bir qrup şəxs həbs olunub. Bu barədə İranın milli təhlükəsizlik naziri Heydər Müslehi deyib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı "İribnews" yayıb.

Müslehi həbs olunmuş şəxslərin neçə nəfər olduğu və kimliyi haqqında məlumat verməyib.

Bundan öncə İran polisi rəhbərinin müavini Əhməd Rza Radan demişdi ki, Sistan-Bəlucistan əyalətində baş verən terror aktlarından sonra yerli sakinlərin və polisin birgə səyləri nəticəsində 40 nəfər həbs edilib. Onun sözlərinə görə, həlak olanlar arasında iki polis əməkdaşı da olub, daha on nəfər isə yaralanıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

İyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb. Onlardan 11-nin vəziyyəti çox ağırdır.

Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti qrupun rəhbəri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.

Xəbər lenti

Xəbər lenti