...

İranda "Qüds günü" ilə bağlı aksiya keçirilib

Dünya xəbərləri Materials 3 Sentyabr 2010 10:25 (UTC +04:00)
"Qüds günü" münasibətilə bu gün İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəyliyin nümayiş etdirilməsi üçün mitinqlər keçirilir.
İranda "Qüds günü" ilə bağlı aksiya keçirilib

"Qüds günü" münasibətilə bu gün İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəyliyin nümayiş etdirilməsi üçün mitinqlər keçirilir. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

İranın paytaxtı Tehran şəhərində insanlar küçələrə axışaraq "İsrailə ölüm", "Amerikaya ölüm" "Qüdsə azadlıq" şüarları səsləndiriblər və cümə namazı üçün Tehranın mərkəzi məscidinə yollanıblar.

Aksiya iştirakçıları İsraili ağır cinayətlərdə ittiham edərək Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

1979-cu il İran İslam İnqilabından sonra Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirmək məqsədilə hər il Ramazan ayının sonuncu cümə günü "Qüds günü" elan edilib. O dövrdən etibarən hər ilin bu günü müsəlmanlar İsrailə etiraz əlaməti olaraq aksiyalar keçirirlər.

Xəbər lenti

Xəbər lenti