Türkiyədə ən azı üç nəfər çərşənbə günü ictimaiyyətə məlum olan "Qərbi Nil" qızdırmasının qurbanı olub. Məlumatı Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən Türkiyənin "Sabah" qəzetinin saytı yayıb.
Qızdırmaya yoluxma halları Türkiyənin beş vilayətində aşkar ounub", - nəşr yazır.
"Qərbi Nil" qızdırması - ağcaqanadlarla yoluxan yoluxucu xəstəlikdir. Beyin qişasının iltihabı, selikli qişa və limfa damarlarının sistemli pozulması ilə xarakterizə olunur.