İranın xarici işlər naziri Mənuçöhr Möttəki oktyabrın 11-13-də Omana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Möttəki Omana üçgünlük səfər zamanı İran-Oman müştərək iqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında iştirak edəcək və Oman rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Oman-İran gəmi reysinin açılması, Oman dəmir yolu vasitəsilə İrana məhsulların tranzit olunması, Tehran-Maskat sərnişin hava reysinin açılması və digər bu kimi məsələlər Möttəkinin səfəri zamanı Oman rəsmiləri ilə müzakirə olunacaq. İki ölkə arasında əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir.