Türkiyə, İstanbul, 15 sentyabr /Trend, xüsusi müxbir T.Şanlı/
Azərbaycan və Türkiyənin xarici işlər naziri Elmar Məmmədyarov və Əhməd Davudoğlu İstanbulda keçirilən ikitərəfli görüşdə Afrika ölkələrində Türkiyə səfirlikləri nəzdində fəaliyyət göstərəcək Azərbaycan nümayəndəliklərin açılmasını müzakirə ediblər. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verib.
Görüşdə Türkdilli ölkələrin dövlət başçılarının sammiti çərçivəsində imzalanacaq iki ölkə arasında strateji əməkdaşlıq üzrə Ali Şuranın yaradılması ilə bağlı sənədin detalları da müzakirə edilib.